Mərakeş səfirliyi partladıldı

media-hightechnic-468x90

82235Liviyanın paytaxtı Tripolidə Mərakeş səfirliyində partlayış olub.

media-banner_tuq

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Liviya hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Hadisə zamanı yaxınlıqdakı bir neçə avtomobilə ciddi ziyan bildirilir. Ölən və ya yaralananların olub-olmadığı isə hələlik məlum deyil.

Liviyadakı Mərakeş səfirliyi bir müddət idi ki, fəaliyyətini dayandırmışdı.

Bu, son iki gündə Tripolidə baş verən ikinsi partlayışdır. Aprelin 12-də Cənubi Koreya səfirliyində törədilən partlayış nəticəsində 2 nəfər ölmüş, 1 nəfər yaralanmışdı. Bu partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05