“Mercedes”lə qəza törədib qaçan şəxs məmurdur? – VİDEO

Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Nərimanov metrosu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil eyni markalı minik avtomobilinə arxadan çırpılıb. Qəzanı törədən “Mercedes”in sürücüsü hadisədən sonra ərzidən uzaqlaşıb.

Hadisə yerində yol polis əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb. Deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Qeyd edək ki, “Mercedes”in ön şüşəsində Azərbaycan dövlət gerbinin olması diqqətdən yayınmayıb. Bu isə qəza törədən şəxsin vəzifəli olduğuna dair ehtimalları artırır.