Merin qətlinə görə 4 nəfər həbs edildi

media-hightechnic-468x90

62485_res_01Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayevin qətlində şübhəli bilinən 4 nəfər həbs edilib.

Bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Ukrayna daxili işlər nazirinin müavini, DİN Baş İstintaq İdarəsinin rəisi Vitali Sakalın sözlərinə görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 4 nəfər yaxalanıb. Onların ən gənci 22 yaşındadır.

Yada salaq ki, əslən azərbaycanlı olan Oleq Babayev iyulun 26-da səhər naməlum şəxslər tərəfindən qətlə yetirilib.

1965-ci ilin oktyabrında Kursk şəhərində anadan olan O.Babayev “Vorskla” futbol klubunun sahibi idi. O, 2010-cu ildən Kremençuk şəhərinin meri vəzifəsində işləyirdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05