Mərkəzi Bank manatı daha da ucuzlaşdıracaq? – “Vətəndaş hazır olmalıdır”
İqtisadçı Rəşad Həsənov hesab edir ki, manata təzyiqlər bu günün özündə belə davam etməkdədir.
“Bildiyimiz kimi, neftin qiyməti hökumətin gözləntilərinini əksinə olaraq, hələ də aşağı səviyyədə qalmaqdadır. Bunun özü manatın azalmasına təsir edən ən mühüm amillərdən biridir. O cümlədən, Rusiyadan Azərbaycana valyuta axınının həcmi kifayət qədər azalıb. Bu əsas səbəblərdən dolayı bugünün özündə belə manatın məzənnəsinin azalması istiqamətində təzyiqlər artmaqdadır. Xüsusilə də bayram günlərində bu aydın şəkildə təzahür etdi. Dövriyyədə olan dollar kütləsi faktiki olaraq Azərbaycanda manatın məzənnəsinin qorunub saxlanmasına kifayət etmir. Yəni, məcburi şəkildə Mərkəzi Bank tərəfindən interfensiya həyata keçirilməlidir. Bu da onu deməyə əsas verir ki, manatın məzənnəsinin aşağı düşməsi ehtimalı yüksəkdir. Amma Azərbaycanda əsas problem ondan ibarətdir ki, bizdə valyutanın sərbəst tənzim edilməsi sistemi olmadığı üçün Mərkəzi Bankın qərarı həlledici əhəmiyyət daşıyır. Bu qərarın verilib-verilməməsi baxımından fikir müxtəlifliyi mövcuddur”.-deyə ekspert sözlərinə əlavə edib.
Rəşad Həsənov bildirir ki, 2015-ci ildə 33%lik devalvasiya kifayətdir. “Əsas məsələ ondan ibarətdir ki, Mərkəzi Bank bundan sonra devalvasiya edəcəksə, manatın məzənnəsini daha da aşağı salacaqsa bir neçə amili göz önünə gətirməlidir. Çünki, biznes çox ciddi şəkildə sarsılır. Eyni zamanda sosial vəziyyət çətinləşir. Mərkəzi Bank bütün bunları göz önündə tutmalıdır. Bu aspektdən yanaşdıqda düşünürəm ki, Mərkəzi Bank ola bilsin ki, yeni bir devalvasiya qərarı verməsin. Amma hər ehtimala qarşı vətəndaş özünü sığortalamalıdır və vəsaitlərini dollar şəklində saxlamalıdır”.
Kamran