Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışı qaydalarını dəyişib

media-hightechnic-468x90

“Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası”nda dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yeni qərar imzalayıb.

media-banner_tkm

Qərara əsasən, onlayn alınmış pul nişanı seçilmiş vaxtda götürülməzsə, AMB alıcı ilə əlaqə saxlayaraq yeni vaxt müəyyən edəcək. Həmin vaxtda da götürülmədiyi halda sifariş ləğv ediləcək və ödənilmiş məbləğ 3 iş günü ərzində geri qaytarılacaq.

Bundan başqa, pul nişanlarının geri alınması zamanı ekspertiza təqdim edən şəxsin iştirakı ilə aparılacaq və vəsait həmin gün nağd və ya nağdsız qaydada ödəniləcək.

Pul nişanının həqiqiliyinə şübhə yarandıqda isə əlavə ekspertiza aparılacaq, nəticədən asılı olaraq məbləğ 3 iş günü ərzində qaytarılacaq./apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05