Mərkəzi Bankdan sərt xəbərdarlıq

media-hightechnic-468x90

90296Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının valyuta mübadiləsi məntəqələri ABŞ dollarının alış-satış məzənnəsinin müəyyənləşdirilməsi prosesində Mərkəzi Bankın (AMB) marja ilə bağlı tələbnaməsini pozub.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhərinin bir çox yerində mübadilə məntəqələri əhalidən dolları 0,85-0,90 AZN/USD məzənnəsi ilə alır. Halbuki AMB-nin tələbnaməsinə əsasən, icazə verilən marja +/-2% təşkil edir.

Yəni, valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% ucuz və 2% baha (alış minimum 1,029 AZN/USD, satış isə maksimum 1,071 AZN/USD) ola bilər. Faktiki olaraq, paytaxtdakı valyuta mübadiləsi məntəqələri icazə verilən marjanı 7-10 dəfə aşıb və alışı rəsmi məzənnədən 14-19% aşağı qiymətlə həyata keçirir.

AMB-dən sayta bildirilib ki, tələbləri pozan banklara qarşı tədbir görüləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında “Muğan Bank” ASC-nin bir neçə filial və mübadilə məntəqəsi dolların alışını 0,85 AZN/USD məzənnəsi ilə həyata keçirib və bunu baş ofisdən aldığı rəsmi göstərişlə əsaslandırıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600