!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mesajımız odur ki, …”

!Reklam – Yazi

Mahmud Memmedquliyev 120510“Avropa İttifaqı tərəfindən münaqişələrə selektiv yanaşma var”

“Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakının zəifliyi Azərbaycanda narahatlıq yaradır”. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviyanın Aİ Şurasına sədrliyi ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

M. Məmmədquliyev bildirib ki, “Şərq tərəfdaşlığı” ölkələri olan Azərbaycan, Moldova, Gürcüstan və Ukraynada münaqişələr mövcuddur: “Lakin Avropa İttifaqı tərəfindən münaqişələrə selektiv yanaşma var. Biz münaqişələrə fərqli münasibət görürük. Avropa İttifaqı münaqişələrin həllini dəstəkləməli, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər çərçivəsində münaqişənin həllinə töhfə verməlidir. Biz bir neçə dəfə bu məsələni qaldırmışıq və gözləyirik, amma heç bir nəticə yoxdur. Əgər Ermənistan-Azərbaycan münaqişəsi dərin araşdırılsaydı və məsələ Avropa İttifaqının maraq dairəsində olsaydı, biz bu gün böyük ehtimalla Ukraynadakı münaqişəyə da şahidlik etməyəcəkdik”.

Nazir müavininin sözlərinə görə, Azərbaycan münaqişələrə olan münasibətdən məmnun deyil: “Krım məsələsində dərhal sanksiya tətbiq olundu. Qarabağda isə bir sıra layihələr irəli sürülür və Aİ buna təşəbbüs göstərir. Azərbaycan ərazisindəki separatçı rejimə dəstək verilir. Aİ Ermənistana qarşı bəzi tədbirlər görməlidir. Bu qəbuledilməzidir ki, “Şərq tərəfdaşlığı” ölkələrindən biri digərinin ərazisini işğal edib. Ermənistana qarşı müəyyən təzyiqlər göstərilməlidir ki, bu ölkə işğal olunmuş torpaqları azad etsin”.

***

“Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmağa hazırdır”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviyanın Avropa İttifaqı Şurasına sədrliyi ilə əlaqədar keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı 20 il öncə başlayıb: “Azərbaycanın Avropa İttifaqına maraq göstərməməsi ilə bağlı daxildə və xaricdə olan spekulyasiyalar var, bunlar boş söhbətdir. Bizim strateji məqsədimiz Avropa İttifaqının təcrübəsini Azərbaycanda ən yüksək səviyyədə tətbiq etməkdir”.

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsindəki əlaqələrin yüksək səviyyədə olduğunu deyən nazir müavini ötən ilin sentyabrında Bakıda Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulduğunu, 10 gün əvvəl isə Məşvərət Şurasının ilk iclasının keçirildiyini xatırladıb: “Mesajımız odur ki, biz çox diqqətli, ehtiyatlı olmalıyıq ki, hər an yaranan çətinliyə cavab verə bilək”.

M. Məmmədquliyev Azərbaycanın Avropa İttifaqının layihələrində iştirakla bağlı protokolu artıq ratifikasiya etdiyini önə çəkib. O təəssüflə qeyd edib ki, bu protokol digər ölkələr tərəfindən ratifikasiya olunmayıb: “Mən burada iştirak edən səfirlərə müraciət edirəm ki, bu protokolun ratifikasiyası ilə məsələnin həllinə töhfə versinlər”.

Nazir müavini bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa söykənəcək hüquqi sənədin hazırlanmasının vaxtıdır. Onun sözlərinə görə, Azərbaycan buna hazırdır və sənəd yekunlaşma mərhələsindədir. Sonra bu sənəd Avropa İttifaqı Komissiyasına müzakirə üçün veriləcək(apa).

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv