Azərbaycanda meşə və çöl ərazilərinin yanğınının 97 faizi insan faktoru ilə bağlıdır.
Yenicag.az-ın məlumatına görə, bunu mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.
O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir: “Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir”.
Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir: “Yəni ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq”.
F.Əlizadə qeyd edib ki, sonsuzluğa qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil: “Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir”./Trend/
www.yenicag.az