Meşədən silah-sursat tapan Lerik sakini-Video
Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Lerik rayon sakini Albalılıq qəsəbəsində yaşayan 34 yaşlı Müslüm Əhmədovun evindən 1 ədəd “Brovninq” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd 9 mm patron aşkar edilərək götürülüb.
Müslüm Əhmədov – saxlanılan şəxs: “Meşədən tapmışam. 2010-cu ildə, rayonda yaşadığım dövrdə meşəyə getmişdim, bir də gördüm, salafanın içində makar tapança var. Götürüb gəldim evə, evdəkilərə də heç nə demədim. Tövlədə gizlədirdim çox vaxt. Bakıya gələndə də özümlə gətirdim”
Faktla bağlı araşdırma aparılır. (Region TV)