Məşhur aktyor infarkt oldu

media-hightechnic-468x90

hghgytyTürkiyənin tanınmış komediya aktyoru, Azərbaycan tamaşaçılarının əsasən “Yahşi Cazibe” serialından Peker Pekmez obrazıyla tanıdığı Peker Açıkalın infarkt keçirib.

Anspress-in xəbərinə görə, hadisə aktyorun çəkildiyi, apreldə nümayiş olunması gözlənilən “Gülcamal” filminin çəkilişindən sonra baş verib.

Kartal Koşuyolu Təlim və Araşdırma xəstəxanasının reanimasiya şöbəsində yatan aktyorun həyatı üçün təhlükə olmadığı bildirilib.

Qeyd edək ki, səhhətində yaranmış problem səbəbindən 2001-ci ildə aktyorun ürəyinə kardiostimulyator yerləşdirilmişdi.

2011-ci ildə ürəyi dayanan aktyor həkimlər tərəfindən elektroşokla həyata qaytarılmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa