Məşhur azərbaycanlı idmançı həbs edildi

media-hightechnic-468x90

2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640Məşhur azərbaycanlı samboçu, dünya çempionu Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.

S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.

Bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsinin məlumatında bildirilir.

İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər.

Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.(Azvision)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600