Tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlu vəfat edib.
Yenicag.az xəbər verir ki, onun ölümünə səbəb ürəyində yaranan problem olub.
Məlumat üçün bildirək ki, prodüser 2014-cü ildə ürək əməliyyatı keçirib. Onun ürəyinə stent qoyulmuşdu.
N. Emiloğlu xeyli müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, N. Emiloğlu bir çox xarici müğənninin Azərbaycanda konsertini təşkil edib. (Oxu.az)
www.yenicag.az