İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Con Flenaqan sevdiyi qıza hücum etdiyini etiraf edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 18 aydır birlikdə olduğu sevgilisinə şiddət göstərməkdə ittiham olunan futbolçu bu gün məhkəmə qarşısına çıxıb.
Hakim Vendi Lloyd müşahidə kamerasından görüntüləri əldə etdiyini, burada oyunçunun qıza bir neçə dəfə hücum etdiyi və bir dəfə də zərbə endirdiyinin göründüyünü qeyd edib.
Dekabrın 22-də baş verən hadisə zamanı hər iki tərəf sərxoş vəziyyətdə olub.
Məhkəmənin iclası təxirə salınıb. 25 yaşlı futbolçu barəsində yanvarın 17-də hökm oxunacaq.