Amerikalı pop ulduzu Pink koronavirusa yoluxduğunu açıqlayıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Pink öz “Twitter” səhifəsində veridiyi məlumata görə, müğənni iki həftə əvvəl 3 yaşlı oğlu ilə birgə COVID-19 simptomlarını hiss etdiyini bildirib.
O, həmçinin ailəsinin iki həftə boyunca evdə qaldığını və həkimlərin təlimatına əməl etdiyini deyib.
“Bir neçə gün öncə biz yenidən test etdik və Allaha şükür, nəticəsi neqativ oldu”, – ifaçı əlavə edib.
Səhiyyə işçilərinə dəstək adına Pink Filadelfiya xəstəxanası və Los-Anceles merinin böhran fonduna 1 milyon ABŞ dolları ianə edib.
www.yenicag.az