Məşhur müğənninin qızı komadan çıxdı

media-hightechnic-468x90

pic_850715ba242e00a41214c0d57ed2008aAmerikanın məşhur müğənnisi Uitni Hyustonun qızı Kristina Braun komadan çıxıb.

Yenicag.az azvision.az-a  istinadən xəbər verir ki, müğənninin qızı yanvarın sonlarından etibarən komada olub.

Kristina Braununun komadan çıxması barədə onun atası Bobbi Braun bildirib.

“Bobbi ayılıb. O, məni izləyir”, – deyə Braun Texasdakı konseri zamanı qeyd edib.

Qeyd edək ki, məşhur müğənninin qızı hamamda huşunu itirmiş vəziyyətdə tapılmışdı. Tibbi müayinə zamanı onun bədənində qızartılar aşkar edilsə də, Bobbinin sevgilisi Nik Qordon bunun onu huşa gətirmək üçün göstərilən cəhdlər zamanı yarandığını deyib.

Bobbinin anası Uitni Hyuston üç il bundan əvvəl yüksək dozada narkotik qəbulu nəticəsində yaranmış kəskin ürək çatışmazlığı səbəbindən həyatını itirmişdi.

Bobbi Braun məşhur müğənninin yeganə varisi idi və 115 milyona sahib ola bilərdi. Vəsiyyətə əsasən bu vəsaitin 10 faizi ona 21 yaşı tamam olan gün verilmişdi. Bobbi mirasın daha 20 faizini 25 yaşına çatdıqda, qalanını isə 30 yaşından sonra alacaqdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600