Məşhur müğənninin vəkil qohumu qəzaya düşdü
Lənkəran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin “Kiçik Bazar” ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi “Land Rover” markalı maşınla KIA markalı minik avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.
Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.
Faktla bağlı araşdırma aparılır.