!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur prodüserdən SƏRT İTTİHAM: “Üzeyir Hacıbəyli bunları görsəydi, ikinci dəfə infarkt keçirərdi”

!Reklam – Yazi

“Bu sənət bədbəxt olub gedir. Yaxşı ki, Üzeyir Hacıbəyli bunları görmədi, görsəydi, ikinci dəfə infarkt keçirərdi”.

Bunu tanınmış prodüser Namiq Qafarov şou-bizneslə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

O, şou verilişlərdən və bu sahədə baş verənlərdən iyrəndiyini qeyd edib:

“Deyim ki, yorulmuşam, yox. Gücüm də var, prodüser kimi hər kəsə gücümü göstərərəm. Amma düzünü desəm, iyrənmişəm. Buna görə çəkilib sakitcə qıraqda oturmuşam. Açığını deyim ki, son vaxtlar heç telekanallara da baxmıram, çünki verilişlər ürəyimcə deyil. Bütün verilişər bir-birinə oxşayır; bir divan, iki kreslo, sağda da ansanbl. Verilişə də üç-dörd müğənni çağırırlar və başlayırlar gic-gic, dəxilsiz-dəxilsiz suallar verməyə. Ay nə bilim, bu saatı neçəyə aldın, avtomobilinin qiyməti nə qədərdir və s. Bu, şou-biznes deyil. Şou-biznes odur ki, efirə müğənni çağırıb, sənətdən, musiqidən danışasan. Maraqlı nəsə veriliş etmək lazımdır ki, camaat da baxıb zövq alsın. Deyirlər e, xalqın gözü tərəzidir, bunu dəfələrlə demişəm, yenə deyirəm, o tərəzi xarab olub, işləmir”.

Prodüser şou-biznesə marağın qalmadığını bildirib:

“Heç kimi qınamıram da, müğənni yaxşı bir bəstəkar mahnısı yazır, qoyur “Youtube”a 10-15 baxış sayı olur. Amma gedib “indiyski” ritmlərlə bir bayağı mahnı yazdırıb oxuyur, milyonlarla baxış gəlir. Demək ki, bu sənət bədbəxt olub gedir də… Yaxşı ki, Üzeyir Hacıbəyli bunları görmədi, görsəydi, ikinci dəfə infarkt keçirərdi. Demirəm, sənətçi efirdə maşınından, evindən danışmasın, bunlar da lazımdır. Bu dəqiqə pandemiyadır, kimisi evini, maşınını, qızılını satdı. Sənət bunlarla ölçülmür axı. O boyda sənətkarımız Fuad Poladov ölənə qədər avtobusda gəzdi.

Bizim müğənnilər elə bilir ki, hər şey bununla ölçülür. Amma belə deyil. Sənət, səs, savad olmalıdır. Baxırsan, səsi olmayan fəxri ad alır. Səsi olan adam isə qalıb qıraqda. Belə haqsızlıqlar var. O adama ad vermək lazımdır ki, doğrudan da illərdir ki, bu sənətdə canını qoyub, ortalığa nəsə çıxarıb. İndi sanki camaatda da şou-biznesə qarşı maraq qalmayıb. Əvvəlki vaxtlardakı kimi deyil. Əvvəllər bir müğənnini küçədə görəndə hamı tökülürdü üstünə, avtoqraf alırdı, şəkil çəkdirirdi. Amma indi gedin restoranlarda baxın, heç müğənniyə fikir verən də yoxdur. Balaca qızlar yaxınlaşıb şəkil çəkdirir. Vəssalam”.

Cəvahir

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv