!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Messi bombardir oldu, Ronaldo isə…

!Reklam – Yazi

Ötən gecə İspaniya La Liqasında 2016/17 mövsümünə yekun vurulub.

Yenicag.az xəbər verir ki, mövsümün çempionu ilə yanaşı, bombardirinin də adına aydınlıq gətirilib.

“Barselona”nın ulduz futbolçusu Lionel Messi meydana çıxdığı 34 qarşılaşmada 37 qol vurmaqla mövsümü bombardir kimi başa vurub. Argentinalı sonuncu dəfə 2012/13 mövsümündə 46 qolla bombardir olmuşdu.
Kataloniya təmsilçisinin digər futbolçusu Luis Suares isə 29 qolla yadda qalıb. Çempion olan “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo isə mövsümü 25 qolla başa vurub.

Yenicag.az

 

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv