Əməkdar artist Mətanət İsgəndərli kaprizlərindən danışıb.
Yenicag.az-a açıqlama verən müğənni geyimlərə qarşı həssas olduğunu və hər modelyerlə əməkdaşlıq etmədiyini bildirib:
“Mən hər paltarı geyinmirəm, çünki geyimə qarşı çox kaprizliyəm. Kişi modelyerlərdən birinin kolleksiyasından olan paltarları çox bəyənirəm. Məni onunla sürücüm tanış etmişdi. Əvvəlcə etiraz etdim, düşündüm ki, bu kişidir, oramı-buramı necə ölçəcək? Çox təriflədi və axırda elə sürücümlə də onun yanına getdim. Onun mənim üçün hazırladığı libası geyinəndə o qədər xoşuma gəldi ki, hara gedirdimsə, onu geyinirdim. Hətta mənə deyirdilər ki, ay Mətanət, sənin bundan başqa paltarın yoxdur, elə eyni paltarı əynindən çıxarmırsan? Onun mənə hazırladığı libasların hamısını sevə-sevə geyinirəm”.
Cəvahir