Reklam

Reklam

Tanınmış aparıcı Mətanət Əliverdiyeva qarderobundan danışıb. Heç vaxt qısa ətək xoşlamadığını deyən aparıcı belə geyimlərin ona yaraşmadığını bildirib.

Yenicag.az-a açıqlama verən M.Əliverdiyeva açıq-saçıq geyinən müğənnilərdən də danışıb:

“Mən bilirəm ki, mənə nə yaraşır, nə yaraşmır. Heç vaxt qısa ətək geyinmirəm. Ayaqlarım toppuşdur deyə mənə yaraşmır, həm də qısa ətəkdə özümü rahat hiss etmirəm. Buna görə də çox vaxt uzun ətəklər geyinirəm. Amma qısa ətək, dekolte və ümumiyyətlə, açıq-saçıq geyinən xanımlara pis baxmıram. Yaraşır, geyinirlər. Məsələn, Lətifə Soyuözü çox bəyənirəm.  Toppuş xanımdır, açıq-saçıq geyimlər ona çox yaraşır. Röya o vaxt ATV-dəki verilişimə gələndə, hərə bir söz danışırdı. Ay balam, bu xanım səhnə adamıdır, üstəgəl də hər cür geyim onu gözəl göstərir. Bir dəfə də Elnarə Xəlilova hovuzda şəkillər çəkdirmişdi, qızı az qala topa tutdular. Adam neyləməlidir? Hovuzda başqa necə şəkillər çəkdirməliydi ki? Cennifer Loppez soyunur, min hoqqadan çıxır, bizimkilər də baxıb ağızlarının suyunu axıdırlar. Amma bizim məşhurlardan biri peşmandır qısa ətəklə fotosunu paylaşsın, başlayırlar sosial şəbəkədə, söyüş yağdırmağa. Hamısı paxıllıqdandır. Həmin adamlar özləri o açıq-saçıq geyinən xanımların yerində olmaq istəyir. Mən paxıl insan deyiləm, xoşum gələndə, xanımlara komplimentlər edirəm. Gərək insanın içi paxıl olmasın”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4973
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.