Meteorit düşməsəydi, dinozavrlar hələ də olacaqdı? - ARAŞDIRMA
Milyon illərlə Yerdə hakimiyyət sürən dinozavrlar 66 milyon il əvvəl meteoritin planetə düşməsi nəticəsində yox olublar.
Yenicag.az xəbər verir ki, başqa nəzəriyyəyə görə, meteorit Yerə düşməsəydi belə, dinozavrların nəsli kəsilməsi prosesi başlamışdı.
Bununla bağlı araşdırma aparan bir qrup alim tədqiqatlarının nəticəsini “Current Biology” elmi jurnalında yayımlayıblar.
Alimlər 4 dinozavr növünə aid 8 mindən çox fosili tədqiq ediblər. Onların gəldiyi qənaətə görə, meteoritlə toqquşmaya qədər dinozavrların artımı və azalması sabit olub.
Son nəticədə, meteorit düşməsəydi, onsuz da dinozavrların yox olacağı ilə bağlı nəzəriyyənin yanlışlığı sübuta yetirilib.