!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Meyxanaçı Kərimə şərt qoydular: “Toya gəlməsən...”

!Reklam – Yazi

Meyxanaçı Kərimin səhhətində irəliləyiş olsa da, həkim nəzarəti altında müalicəsi davam edir.

Bu barədə Yenicag.az-a meyxana ustadının bacısıoğlu Rüstəm Cənnətov açıqlama verib:

“Artıq çətin günlər arxada qalıb. Dayımın səhhətində irəliləyişlər var. Bir neçə gün əvvəl xəstəxanaya müayinəyə apardım, analizlərin cavabı müsbət oldu. Amma dava-dərman davam edir. Bu xəstəlik elədir ki, xəstə bir müddət həkim nəzarəti altında olmalıdır. Çoxdan idi, evdən bayıra çıxmırdı, bir-iki gün əvvəl dayımı dəniz qırağına apardım”.

Rüstəm Kərimin artıq toy məclislərinə dəvət aldığını deyib:

“Rayonlardan, Bakıdan o qədər toy dəvətləri alırıq ki, amma hələ dayım o məclislərdə meyxana deməyə razılıq vermir. Çox adam deyir ki, Kərimin məclisimizdə olması elə bizim üçün şərəfdir. Bir-iki gün əvvəl bir yaxın adam gəldi ki, Kərim Ramazan bayramından sonra oğluma toy edəcəm, əgər gəlməsən, bir nəfər də olsun meyxana deyən olmayacaq. Dayım ona söz verdi ki, gələcəm. Kəndimizdə çox oğlanların toyu meyxanaçılarsız keçib. Çünki Kərimi sevdikləri və hörmət etdikləri üçün başqa meyxanaçılar dəvət etmirlər”.

Bacısıoğlu Kərimin təbinin yerində olduğunu bildirib: “Təbi yerindədir. Bir də görürsən evdə qafiyə tutur, mənimlə deyişir”.

Cəvahir

COP29

www.yenicag.az

4946
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv