Məzahir Pənahov iclas keçirib

media-hightechnic-468x90

63683Oktyabrın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 27 oktyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Mərkəzi Seçki Komissiyasından  daxil olan məlumata görə, sonra 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlunun üzvlüyü təsdiq olunub.

Mərkəzi Seçki Komissiyasının iclasında həmçinin, bu il keçiriləcək bələdiyyə seçkilərində Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilbi və həmin partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Komissiyanın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda cari məsələlərə də baxılıb.(qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600