Məzahir Pənahov Rumınyada konfransdadır
Buxarestdə Rumıniya Mərkəzi Seçki Komissiyasının, Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının birgə təşkilatçılığı ilə 23-cü illik konfrans keçirilir.
Sentyabrın 4-də başlayan konfransda əsas müzakirə mövzuları ümumi seçkilərin keçirilməsi və qadınların seçkilərdə iştirakı məsələləridir. Tədbirdə dünyanın bir çox ölkələrindən Mərkəzi Seçki komissiyalarının sədrləri iştirak edirlər.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da konfransda iştirak edir. O, tədbirdə çıxış edərək ölkəmizin seçki sistemi barədə məlumat verib.
M.Pənahov, həmçinin digər ölkələrin MSK sədrləri və beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Rumıniya Mərkəzi Seçki Komissiyasının sədri xanım Ana Maria Patru, Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının sədri Jolt Solniki ilə görüşüb.
Görüşlərdə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Konfrans sentyabrın 6-da başa çatacaq. (azertag.az)