Məzənnədə dəyişiklik

dollaresas27d70Bu gün oktyabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 15-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0469 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0092 manat və ya 0,77% artaraq 1,2019 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0167 manat səviyyəsində qərarlaşıb.