Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"Mi Note 10"nun təqdimatı təsdiqləndi - FOTO

Xiaomi şirkəti “Mi Note 10″nun təqdimatını təsdiqlədi.

Yenicag.az xəbər verir ki, Xiaomi şirkəti artıq 5 qat optik zoom özəllikli 108 MP-lik kameraya sahib “CC9 Pro” smartfon modelinin təqdimat tarixini elan edib. Lakin məlum olub ki, CC9 Pro smartfonu şirkətin 108 MP-lik kameraya sahib yeganə modeli olmayacaq. Belə ki, şirkət “CC9 Pro”dan əlavə daha bir smartfonu da təqdim edəcək. Söhbət, “Mi Note 10″dan gedir. Məhz bu smartfon modeli barəsində son 1 ay ərzində insayderlər çoxlu sayda məlumat verirdilər.

Şirkət artıq öz Twitter hesabında Mi Note 10-nun tizer fotosunu təqdim edib. Güman edilir ki, “Mi Note 10” modeli Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 5 kamera moduluna da sahib olmalıdır.

Qeyd edək ki, “CC9 Pro” modeli 5 noyabr tarixində təqdim olunacaq. “Mi Note 10″a gəldikdə isə o, yaxın bir neçə gün ərzində təqdim olunmalıdır.

www.yenicag.az

414
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM