Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Microsoft"dan qəribə addım - "WordPad"da reklam göstəriləcək

“Microsof” mobil tətbiqlərində istifadəçilərə reklam göstərir.

Yenicag.az xəbər verir ki, indi isə bunu “Windows 10″dakı daxili proqramlara yerləşdirməyi planlayır. Bunlardan ilki isə “WordPad” proqramında olacaq. Reklamlar “WordPad” proqramının üst çubuğunda göstəriləcək və “Microsoft”un “Word Online”, “Office Online” kimi proqramlarının reklamı olacaq.

“Microsoft” “Windows 10″da daha çox reklam yerləştirmək üçün yollar axtarmağa davam edir.


Bu reklamlarda əsasən “Microsoft”un öz məhsullarının reklamları yerləşdiriləcək. Əlbəttə reklamları bağlamaq üçün proqramda button da olacaq. Yəni istədiyiniz zaman bağlamaq mümkün olacaq.

Həmçinin “Microsoft”un “News” proqramında da buna bənzər reklamlar göstərilir. Lakin “News”, “Microsoft Store” tətbiqi olduğu üçün tamamilə silinə bilir.

Qeyd edək ki, bu reklamlar “Windows 10″un Insider versiyasında yerləşdirilib və hələlik test mərhələsindədir. İstifadəçilərdən gələn rəylər əsasında “Microsoft” qərar verəcək.

www.yenicag.az

868
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100