Mikayıl Cabbarov Ramiz Mehdiyevə meydan oxuyur?
Dərsliklərin çapı başlı-başına bir maliyyə mənbəyidir. Hər il Təhsil Nazirliyinin sifarişi ilə müxtəlif dərsliklər çap edən bir sıra mətbəələr bununla milyonlarla gəlir əldə edirlər. Nəzərə alsaq ki, bu həm də şişirdilmiş rəqəmlər, silinən pullar deməkdir, işin miqyası barədə geniş təsəvvür yarana bilər.
Maraqlıdır ki, Misir Mərdanovdan fərqli olaraq, Mikayıl Cabbarov bu məsələdə çox prinsipial davranır.
Nazir sifarişləri əsasən özünə yaxın mətbəələrə verməklə yanaşı neçə illərdən bəri nazirliyin sifarişlərini yüksək səviyyədə həyata keçirən mətbəələr “oyundankənar” vəziyyətdə saxlanılıb.
Mənbənin iddiasına görə, üzərindən xətt çəkilən mətbəələrdən biri də “Şərq-Qərb”dir. Deyilənə görə, nazir bu mətbəəyə verilən sifarişlərin üzərindən xətt çəksə də, daha sonra Prezident Aparatından gələn zəngdən sonra bir miqdar sifariş verməli olub. Lakin Mikayıl Cabbarov bu il “Şərq-Qərb”ə əvvəlki illərdən verilən sifarişin yarıdan azını verdiyi üçün problem böyüyüb.
Prezident Adminstrasiyasının şöbə müdiri Fatma Abdullazadənin nəzarət etdiyi, lakin Adminstrasiyanın rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu söylənən mətbəəyə qarşı bu münasibət əslində sahibinə olan münasibətdən qaynaqlanır.
Bu səbəbdən də hazırda R.Mehdiyev Mikayıl Cabbarovu “qara siyahı”ya alıb.
Eləcə də, R.Mehdiyev qruplaşmasının üzvlərindən sayılan Fazil Qəzənfəroğlunun naziri ittiham etməsinin arxasında da tapşırıq olması ehtimalı özünü qoruyur.
Mövzuya qayıdacağıq.
(azerinfo.org).