Mikayıl Cabbarov, Samir Şərifov və Elman Rüstəmova yeni vəzifə verildi - SƏRƏNCAM

media-hightechnic-468x90

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Müşahidə Şurasına daha 3 üzv təyin edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının Elman Rüstəmov ASK-nın rəhbərliyinə gətirilib.

Bununla da, MŞ üzvlərinin sayı 3-dən 5-ə çatıb. Digər 2 üzv əvvəlki qaydada Kənd təsərrüfatı naziri İnam Kərimov və Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədovdur. Şuraya Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov rəhbərlik edir.

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600