Milli fəallar üçün imza kampaniyası keçirilib
İstanbulun Beşiktaş meydanında keçirilen Türk Dünyası Gənclik adlı qurum İran həbsxanalarında olan azərbaycanlı milli fəallarının azad edilməsi ilə bağlı imza kampaniyası keçirib.
Mərasimə yüzlərlə iştirakçı qatılıb və Güney Azərbaycanda yaşayan milli fəallarımızın hazırkı vəziyyəti barədə məlumatlar verilib.
Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, imza kampanıyası GAMOH təşkilatı tərəfindən həyata keçirilib.
İmza kampaniyası çərçivəsində bəzi təqdirə layiq tədbirlər də baş tutub.
Belə ki, 9 və 10 may tarixlərində Türk Dünyası Gənclik qurumu tərəfindən İstanbulun Beşiktaş meydanında Ulku Ocakları başkanlığında ziyarətlər təşkil edilmiş, tanınmış musiqiçilər Ahmed Yıldızdoğan və Ali Kınık konsert proqramı ilə çıxış edib.
Həmçinin bütün türk dünyasına məxsus, o cümlədən güney azərbaycanlılar, Doğu Türkistan, Krım türkləri, İraq və Suriya türkmənləri, qazax türklərinin milli-mənəvi dəyərlərinə aid mədəniyyət sərgisi təşkil eidlib.
Azərbaycanlıları adı çəkilən tədbirlərdə GAMOH təşkilatı təmsil edib. Təşkilat üzvləri güney azərbaycanlılar, öndə gedən milli fəallar, milli azadlıq uğrunda şəhid olanlar haqqında iştirakçılara məlumatlar veriblər.
Tədbir iştirakçılar tərəfində böyük alqışlarla qarşılanıb.