Milli Məclis toplanır - Gündəlikdə 18 məsələ

media-hightechnic-468x90

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, iclasda öncə deputatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini müzakirə edəcəklər.

Daha sonra İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, Torpaq Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Reklam haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Telekommunikasiya haqqında” və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 18 məsələ daxildir./Trend/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa