Milli Məclisdə gərginlik-Video

media-hightechnic-468x90

49683Kəlbəcərli girovların məhkəmə qarşısına çıxarılması Milli Məclisin bu günkü iclasında diqqət mərkəzində olub. Millət vəkili İqbal Ağazadənin özünün girovların haqlarını müdafiə etmək təşəbbüsü vitse-spiker Bahar Muradovanın etrazı ilə qarşılaşıb. Məclisdə bu gün daha bir qarşıdurma spikerlə Zahid Oruc arasında baş verib.

Ermənilərin qanunsuz olaraq məhkəmə qarşısına çıxardığı Kəlbəcərli girovların hüquqlarını erməni deyil, azərbaycanlı vəkil qorumalı idi. Milli Məclisin bu günkü sessiyasında deputatlar ötən gün mühakimə edilən Dilqəm Əsərov və Şahbaz Quliyevin hüquqlarının qorunmasına diqqət çəkdilər.

“Rusiyada yaşayan, Rusiya vətəndaşı olana, Avropada olan bir sıra hüquq müdafiəçilərini dövlət səviyəsində dəstəkləyərək ora getməsi məsələsini güdəmə gətirə bilərik”, – deyə millət vəkili Fazil Mustafa qeyd edib.

Deputat İqbal Ağazadə beynəlxalq təşkilatların şərait yaradacağı təqdirdə özü azərbaycanlı girovların hüququnu qorumağa hazır olduğunu söylədi.

“Bir millət vəkili kimi, partiya sədri kimi mən onların, hətta təhlükəsizlik məsələsini də bir kənara qoyaraq beynəxlaq təşkilatlar əgər bu istiqamətdə vasitəçi olarsa, mən onların hüquqlarını müdafiə etməyə böyük məmuniyyətlə hazıram”.

Vitse-spiker Bahar Muradova deputat İqbal Ağazadənin Xankəndində məhkəməyə getmək təşəbbüsünü Qondarma rejimin tanınması demək olduğundan onu bu addımdan çəkinməyə çağırdı.

“Hər hansı bir hüquqşunasımızın, hətta heç bir təhlükənin göz önünə almayan deputat həmkarımızın belə bu qondarma məhkəmədə iştirakını qeyri-mümkün sayıram. Bu hüquqi mexanizm deyil. Bu qondarma Dağlıq Qarabağ rejimini tanımaq deməkdir”.

Millət vəkili Qənirə Paşayeva girovlara işgəncə verdiklərinə görə Ermənistanı Avropa məhkməsinə verməyi təklif etdi. Xanım deputat daha sonra reproduktiv sağlamlıq haqqında qanunun qəbulundan, süni mayalanmanın ailələrin dağılmasının qarşısını alacağından danışarkən, deputat Elmira Axundovanın telefonuna növbəti dəfə şok doğuş qiymətləri ilə bağlı sms gəlməsindən narazılıq etdi.

“Şok doğum qiymətləri – təbii doğum 800, qeysəriyyə min manat. Təssəvür edin belə mesaj 70 yaşında qadına, qocaya, yeni yetimələrə, hətta kişilərə də göndərirlər” – deyə millət vəkili Elmira Axundova söyləyib.

Millət vəkili Zahid Oruc akademik Ramiz Mehdiyevin geniş müzakirələrə səbəb olan nitqindən bəhs edərək təhsildə olan problemlələrə, eyni zamanda təhsilini bitirən gənclərin dövlət qulluğuna imtahan zamanı rastlaşdığı süni maneələrə diqqət çəkdi.

Millət vəkili Zahid Orucun sözlərinə görə, dövlət imtahanından keçənlər, ikinci müsabiqə mərhələsində dayanıb qalırlar: “Dünən mənə İsmayıllıdan bir nəfər müraciət edib. Bu şəxs düz 7 dəfə birnci mərhələni keçib ikinci mərhələdə dayanıb. Obrazlı olaraq ikinci mərhələni sücgəc adlandıraq. Bu sücgəc nə qədər sərt qoyulub ki, vətəndaş bu baryeri adlayıb bir dövlət qulluqçusuna çevrilə bilmir”.

Millət vəkili Zahid Orucun çıxışı mübahisə yaratdı. Spiker Oqtay Əsədov ona çox danışdığı üçün irad tutaraq söz verməyəcəyilə xəbərdarlıq etdi.

Daha sonra Polis, Bələdiyyələr, Cinayət Prosesual, İnzibati Xətalar Məcəlləsinə, Banklar, Qrant haqqında qanunlara dəyişiklər səsə qoylaraq qəbul edildi. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600