Milli Şura Avropa oyunlarının sonuna qədər aksiyalara veto qoyub
Nurəddin Məmmədli: “İndiki şəraitdə buna ehtiyac yoxdur”
“Bu ərəfədə hər hansı bir kütləvi aksiya nəzərdə tutulmur. Amma Azərbaycanda situasiya elədir ki, ictimai-siyasi vəziyyətdən asılı olaraq, istənilən gün hər hansı bir kütləvi aksiyanın, digər mədəni ictimai tədbirin keçirilməsilə bağlı qərar qəbul oluna bilər”.
Bu sözləri açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli Milli Şuranın müəyyən zamandır mitinqlərə son qoyması səbəblərinə aydınlıq gətirərkən bildirdi: “Bu tip suallara Milli Şuranın bir üzvü kimi cavab verə bilərəm. Hazırda Milli Şuranın mitinqlə bağlı qərarı yoxdur. İki-üç gün öncə Koordinasiya Mərkəzinin toplantısı oldu. Məlumatıma görə Avropa oyunlarının sonuna qədər hər hansı etiraz aksiyası nəzərdə tutulmayıb. Hesab edirəm indiki şəraitdə buna ehtiyac da yoxdur”.
ELÇİN