““Milli Şura”nın mitinqində nə təşkilatçılıq var idi, nə də,…”

media-hightechnic-468x90

68059“Milli Şuranın bu gün keçirdiyi mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu”.

Hakim Yeni Azərbaycan Partiyasından millət vəkili seçilən Aydın Mirzəzadə “Facebook” səhifəsində Milli Şuranın keçirdiyi mitinqə münasibətini açıqlayıb.

Onun sözlərinə görə, mitinqə bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün kiçik rəqəmdir:

“Hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən “siyasətçilər” kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular. Yəni, bugünki tədbiri mitinq adlandırmaq qətiyyən olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir.

Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvələr, “Məhsul” stadionunun onda birini dolduracaq qədərdir. Həmçinin Azərbaycan müxalifətçiləri ümumən şəxsi texnologiyanı da mənimsəmədiklərinin fərqindədirlər. “Milli Şura”nın mitinqində nə təşkilatçılıq var idi, nə də bir sistemlilik nəzərə çarpırdı. Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qalıdırılması da, istənilən tədbirdə görünmək arzusundan başqa bir şey deyildi. Bu gün seçkidən-seçkiyə blok yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə “görüntü diplomatiyasından” başqa bir şey deyildi.

Ümumilikdə belə aksiyaların keçirilməsi Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını ortaya qoyur.

“Milli Şura”nın keçirdiyi mitinqində AXCP fəalları tərəfindən İŞİD terror təşkilatının bayraqlarını qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600