Millimiz Avropa çempionatının finalında

media-hightechnic-468x90

AÇ-2018-in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi bu gün qrupdakı son matçına çıxıb.

Yeniçağ.az Qol.az-a istinadən xəbər verir ki, yığmamızın son rəqibi əsas izləyicisi Macarıstan olub.

Görüş komandamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Xatırladaq ki, mübarizənin getdiyi 7 qrupda ilk yerin sahibləri birbaşa həlledici mərhələyə yollanır.
Qruplarda 2-ci yeri tutanlarla 3-cü pillənin sahibləri arasında ən yaxşı nəticəyə malik olan pley-offun iştirakçısı olaraq daha 4 vəsiqənin sahinini müəyyənləşdirəcək.

Qeyd edək ki, millimiz ilk matçda Bosniya və Herseqovinanı 5:4, ikinci qarşılaşmada isə Albaniyaya 5:0 hesabı ilə qalib gəlib.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600