Millimiz Norveçin qonağı oldu

milli14Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti matçına çıxır.

Yenicag.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki altıncı oyununda Norveçin qonağı olacaq. Norveçlə Bakıda keçirilən ilk oyunda 0:1 hesabı ilə uduzan komandamız bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Matç saat 23:45-də Norveçin paytaxtı Oslo şəhərində yerləşən “Ullevol” stadionunda keçiriləcək.