Bu gün Millətlər Liqasında 5-ci turun son oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, D Liqasının 3-cü qrupunda mübarizə aparan yığmamız da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası son ev oyununda Farer adaları ilə qarşılaşıb. Səfərdə bu rəqibinə 3 cavabsız qolla qalib gələn komandamız evdə də qələbə qazanıb – 2:0.
Yığmamız 1-ci yer uğrunda mübarizədə əsas rəqibi Kosovo isə səfərdə Maltanı 5:0 hesabı ilə darmadağın edib.
17 noyabr
Millətlər Liqası
D Liqası, 3-cü qrup
21:00. Azərbaycan – Farer adaları – 2:0
Qol: Dmitri Nazarov, 18, Mahir Mədətov 28
Hakimlər: Dimitrios Masias, Marios Kalogerou, Ioannis Lazarou, Omiros Tziortzis, Vasilis Dimitriou, Loukas Sotiriou (hamısı Kipr
Bakı Olimpiya Stadionu.
www.yenicag.az