Millimizin futbolçusuna ağır itki

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Yenicag.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb.

Məlumatda bildirilir ki, artıq baş məşqçi Qurban Qurbanov Səlahətin əvəzində toplanışa Şahruddin Məhəmmədəliyevi (“Qarabağ”) dəvət edib.

COP29