!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin yeni FİFA reytinqi

!Reklam – Yazi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Yenicag.az xəbər verir ki, son reytinqlə müqayisədə millimiz mövqeyini qoruyub, ancaq 4 xal itirib. Yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında martda AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə bərabərə qalan (0:0) komanda 1202 xalla 108-ci yerdədir.

Millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1621) 5-ci, Uels (1539) 19-cu, Slovakiya (1482) 32-ci, Macarıstan (1419) 51-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1737 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1734), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.

www.yenicag.az

3662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv