Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Millimizin yeni forması AFFA-ya neçəyə başa gəlib? - Fotolar

Reklam: High Technic

Futbol üzrə Azərbaycan millisi üçün alınan yeni formalar birmənalı qarşılanmayıb.

Yenicag.az xəbər verir ki, formanın çox sadə dizaynla hazırlanması çoxları tərəfindən bəyənilməyib.

Maraqlıdır ki, AFFA rəsmiləri sözügedən formaların ucuz və sərfəli olduğunu düşünür. Bəs görəsən, onların alış qiyməti neçəyədir?

Əldə etdiyimiz məlumata görə, “Nike” firmasına məxsus olan formalar Almaniyada sifariş verilib. Bu formalar dünyanın ən məşhur brendlərindən biri olan 2017/2018 mövsümü üçün nəzərdə tutduğu modeldir.

Bir formanın alış qiyməti isə AFFA-ya 25 dollara (45,55 AZN) başa gəlib. Bu məbləğə formalara loqonun vurulması, nömrə və futbolçuların adlarının yazılması daxil deyil.

Qeyd edək ki, millimizin ev forması göy, səfər forması qırmızı, ehtiyat forma isə ağ rəngdə olacaq.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

1572
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100