Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milyarder 180 milyon dollar təklif etdi - Qızını yenə də ərə verə bilmədi

Honq Konqun ən varlı sakinlərindən olan Sesli Çao qızı Cicinin ailə qurması və nəvələrinin dünyaya gəlməsini o qədər çox arzulayıb ki, bunun üçün bəy namizədlərə pul da vəd edib.

Yeniçağ.az xarici mediaya istinadən xəbər verir ki, 2012-ci ildə milyarder qızı ilə evlənməyə razılıq verən bəyə 60 milyon dollar ödəyəcəyini açıqlayıb. Lakin varlı qaynatanın bu təklifinə heç kim cavab verməyib. Çao məbləği 3 dəfə artırsa da, arzusu yenə də reallaşmayıb.

Bunun səbəbi isə çox sadə olub. Belə ki, 37 yaşlı Cici açıq şəkildə kişilərlə maraqlanmadığını elan edib. Üstəlik, qız artıq sevdiyi şəxsi də tapıb. Bu, Şon İv adlı qadındır.

“Övladın olaraq səni xoşbəxt etməyi çox istərdim. Təəssüf ki, sənin mənim haqqımda olan təsəvvürlərin reallıqla üst-üstə düşmür”, – deyə Cici öz mövqeyini atasına izah etməyə çalışıb.

Sonda Sesli Çao qızının seçimi ilə barışmalı olub. Lakin onun lezbiyan olması fikrini qəbul edə bilməyib.

Yeniçağ.az

www.yenicag.az

337