“Mingəçevir” REŞ-də təmir işləri həyata keçirilib
“Mingəçevir” Regional Elektrik Şəbəkəsində hesabat dövründə balans mənsubiyyətinə aid 35 kV-lik “Əlvənd” hava xəttində (HX) qabaritin bərpası məqsədilə 8 dayaq quraşdırılıb.
“Azərenerji”dən verilən məlumata görə, “Karvan”, II “Xanabad”, “Kələntərli” və digər EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Ümumilikdə sözügedən xətlər üzrə 6 kilometrdən artıq naqil təmir edilib, bir travers quraşdırılıb, 60-a yaxın izolyator dəyişdirilmiş və beləliklə də dayanıqlıq daha da möhkəmləndirilib.
Şəbəkəyə aid olan 330 kV-lik I “Abşeron” hava xəttinin (HX) müəssisənin xidməti ərazisində olan hissəsindən də yan keçməyib. Belə ki, həmin bu dövrdə xəttin dayanıqlığının daha da artırılması məqsədilə burada 17 dayaqlararası naqil, 7 dayaqda şleyf təmir olunub, 11 dayaqda rasporkalar qoyulmuş və digər təmir işləri aparılıb. Paralel olaraq analoji işlər eyni gərginlikli, IV-V “Mingəçevir” HX-lərində də həyata keçirilib. Bütün bunlarla yanaşı müəssisənin xidməti ərazisində 500 kV-lik II “Abşeron” HX-də həyata keçirilən müxtəlif təyinatlı təmir işləri çərçivəsində 10 dayaqlararası naqil və 5 dayaqda şleyf təmir olunub, 5 dayaqda rasporka qoyulub. (azadinform.az)