Mingəçevir şəhəri, Zərifə Əliyeva küçəsində əl qumbarasının və patronların aşkar olunması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən xəbərə görə, bu barədə Agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə abadlıq işləri aparılan sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 53 ədəd 5.45 mm-lik patron (cəmi: 58 ədəd) aşkar olunub, zərərsizləşdirilməsi üçün Daxili İşlər Nazirliyinin Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşlarından təhvil alınaraq Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların ətrafında 400 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.yenicag.az