Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın tam söndürüldü - FOTOLAR

media-hightechnic-468x90

Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın tam söndürülüb.

Məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

***

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın başlayıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yanğın bazanın keçmiş yeməkxanasında və Ağdam rayonunun 72 saylı orta məktəbinin köməkçi binası kimi istifadə olunan hissəsində baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05