Mirzoyan-Kallas görüşündə strateji tərəfdaşlıq gündəliyi müzakirə olunub

media-hightechnic-468x90

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallasla görüşüb, tərəflər Ermənistan və Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

media-banner_tkm

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, may ayında İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitinə hazırlığa xüsusi diqqət yetirilib. “Mirzoyan və Kallas həmçinin Ermənistan və Aİ arasında dəyərlərə əsaslanan tərəfdaşlığın mühüm hissəsi olan demokratik dayanıqlılığın gücləndirilməsi təşəbbüslərini müzakirə ediblər”, – XİN-dən qeyd edilib. Bundan əlavə, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üzrə qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin, eləcə də energetika sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05