“Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma “əhvalatlar”, yaxud “sənədlər” hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər”.
Bununla bağlı APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, qurum Ermənistan mətbuatında yayılmış növbəti uydurmadan xəbərdardır: “Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər”.
www.yenicag.az