MN-in sabiq rəisinə hökm oxundu

media-hightechnic-468x90

Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

media-banner_tuq

Yenicag.az APA-ya istiandən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elmar Məmmədov və Rəhim Laçınov 1 il sınaq müddəti olmaqla 3 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05