Moldova ordusu “Kalaşnikov” avtomatından imtina edib
Moldova ordusu Rusiya istehsalı “Kalaşnikov” avtomat silahından imtina edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Bildirilib ki, Moldova müdafiə naziri Anatoli Nosatıy bunu ordunun NATO standartlarına keçməsi ilə əlaqələndirib: “Nəhayət, Qərb silahlarına, NATO kalibrlərinə keçəcəyik ki, bu da bizə sursat və ehtiyat hissələrinə çıxış imkanı verir”.
Nosatıy dövlət televiziyası və radiosuna bildirib ki, artıq ordunun bir neçə bölməsi “Kalaşnikov” avtomatlarından imtina edib./apa











