Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Morqda qalan musiqiçinin nəşinə yaxınları sahib çıxdı - Elgiz Əkbərin ÇAĞIRIŞINDAN SONRA

Bu gün səhər saatlarında dünyasını dəyişən və ailəsi tərəfindən atıldığı üçün meyiti morqda qalan tarzən Vahid Bağırov bu dəqiqələrdə dəfn olunur.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış apırıcı Elgiz Əkbər deyib:

“Artıq morqdan götürülüb, hazırda dəfn olunur. Yaxınları sözümüzü eşitdi, qardaşı, qlhumları tozlaşdı, hazırda dəfn mərasimi həyata keçirilir.

Efirdə demişdim ki, dəfn xərcini üzərimizə götürəcəyik. Yetər ki, bu kişini gəlin dəfn edin. Amma hələ ki, bizdən dəfn xərci istəyən olmayıb. Ailə öz heçabına apırıb dəfn edib”.

Qeyd edək ki, bir müddət əvvəl “Elgizlə izlə” proqramına qatılaraq küçədə yaşadığını deyən tarzən Vahid Bağırov vəfat edib.

Elgiz Əkbər bildirib ki, parklarda yaşayan musiqiçi verilişin yaradıcı heyəti tərəfindən sığınacağa yerləşdirilmişdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Sığınacaqdan bildirilib ki, mərhumun nəşinə sahib çıxan olmayıb. Kitab oxuyurmuş, qoyub kənara yatıb. Elə yuxuda keçinib. Səhər sığınacağın işçiləri gəliblər ki, yemək versinlər. Görüblər ki, keçinib. Gecə yatıb səhər oyanmayıb.
Aparıcı musiqiçinin cəsədinin morqda olduğunu bildirmişdi.

Cəvahir

www.yenicag.az

646
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100