“Xəzər bölgəsi ilə əlaqədar yeni əməkdaşlıq formatının yaradılması təşəbbüsü müəyyən suallar doğurur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin İrana səfəri zamanı həmkarı Əli Larincani ilə görüşündə Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində iki ölkə arasında əməkdaşlıq formatı qurulması təklifini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Xəzər bölgəsi ilə bağlı yeni əməkdaşlıq formatının yaradılması təşəbbüsü müəyyən suallar doğurur:
“Rusiya və İran parlamentləri arasında əməkdaşlıq formatı illərdir, mövcuddur. Ona görə də sırf Xəzər bölgəsi ilə əlaqədar yeni əməkdaşlıq formatının yaradılması təşəbbüsü müəyyən suallar doğurur.
Xəzər yalnız Rusiya və İrana aid deyil. Əgər söhbət yeni əməkdaşlıq formatından gedirsə, digər Xəzəryanı ölkələr də haqqında danışılan, ancaq açıqlanmayan təşəbbüslərə cəlb olunmalıdırlar.
Doğrudur, Volodin yeni formata digər sahilyanı ölkələrinin dəvət olunacağını da açıqlayıb. Ancaq Moskvanın yeni format barədə Tehranla yanaşı Bakı, Astana və Aşqabadı da məmulatlandırmasına ehtiyac var.
Digər tərəfdən, Xəzərin statusu artıq müəyyələşib və əməkdaşlığın bütün istiqamətləri bəllidir. Ona görə də Moskvanın Xəzərdə yeni “əməkdaşlıq formatı”nda nələrin nəzərdə tutulduğu diqqəti cəlb edir”.
Aqil Bəkir
www.yenicag.az